"Bavariya"ya Keyn şoku

21.11.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bavariya"ya Keyn şoku

"Bavariya"nın hücumçusu Harri Keyn 2027-ci ilə qədər meydana çıxa bilməyəcək.

QOL.az xəbər verir ki, bu barədə “Sky Sport Deutschland” məlumat yayıb. 

İngiltərəli futbolçu Bundesliqanın “Köln”lə 1:1 hesablı heç-heçə etdikləri matçın ilk hissəsində zədələnib. O, təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

“Bavariya”nın baş məşqçisi Vensan Kompani də qarşılaşmadan sonra Keynin bir neçə ay komandasına kömək edə bilməyəcəyini təsdiqləyib. Klubun idman direktoru Maks Eberl isə hücumçunun baldırın böyük və kiçik sümüklərini birləşdirən sindesmoz bağlarının qopmasından əziyyət çəkdiyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью