"Bayer"nin yeni transferi debüt etmədən sıradan çıxdı

01.08.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bayer"nin yeni transferi debüt etmədən sıradan çıxdı

"Hertha"dan "Bayer"ə transfer olunan Kennet Ayxhorn hələlik yeni komandasında debüt edə bilməyəcək.

QOL.az xəbər verir ki, Almaniya klubunun açıqlamasına görə, 17 yaşlı futbolçuda müalicə tələb edən metabolik pozuntu aşkarlanıb. Bildirilir ki, bu vəziyyət fiziki yüklənmə, mədə-bağırsaq xəstəliyi və çəki itkisindən sonra yaranıb.

"Bayer"in idman direktoru Simon Rolfes "Kennetin tam sağalması üçün ona lazım olan vaxtı və dəstəyi verəcəyik", - deyə bildirib.

Qeyd edək ki, Ayxhorn ötən yay 9 milyon avro qarşılığında "Hertha"dan "Bayer"ə keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью