"Benfika" 2 oyunçunu birdən heyətinə qatdı

04.02.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Portuqaliya Liqasının transfer pəncərəsinin son günündə "Benfika" Belotti və Bruma ilə müqavilə imzaladı .

Bakupost.az "NTV"-yə istinadla xəbər verir ki, Lissabon komandası mövsümün sonuna qədər A Seriya komandasından Andrea Belottini icarəyə alıb.

Klub həmçinin "Braqa"da çıxış edən Brumanı da transfer edib.

"Benfika" Bruma üçün "Braqa"ya 6,5 ​​milyon avro ödəyəcək. Portuqaliyalı futbolçu "qırmızı-ağlar"la 2028-ci ilə qədər müqavilə imzalayıb.

Elgün, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью