"Beşiktaş" onu göndərdi

30.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Beşiktaş" onu göndərdi

“Beşiktaş” bosniyalı yarımmüdafiəçi Amir Hadziahmetoviçlə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə İstanbul klubu məlumat yayıb. 28 yaşlı futbolçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

Qeyd edək ki, Hadziahmetoviç 2023-cü ildə “Konyaspor”dan “Beşiktaş”a transfer olunub. Bosniya və Herseqovinalı futbolçu İstanbul klubunun heyətində bütün turnirlərdə 60 oyuna çıxıb, 1 qol vurub və 8 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью