"Beşiktaş" onu hədəfə aldı

18.08.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Beşiktaş" onu hədəfə aldı

“Yuventus”un argentinalı vingeri Niko Qonsales karyerasını Türkiyənin “Beşiktaş” klubunda davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Qonsales “Atletiko”dakı icarə müddəti başa çatdıqdan sonra yenidən “Yuventus”a qayıtsa da, Turin klubunun uzunmüddətli planlarına daxil edilməyib. Futbolçunun özü də komandadan ayrılmağı planlaşdırır. Bu fonda “Beşiktaş” 27 yaşlı vingeri satınalma hüququ ilə icarəyə götürmək variantını nəzərdən keçirir. Müəyyən şərtlərin yerinə yetiriləcəyi halda həmin hüququn məcburi satınalma öhdəliyinə çevrilməsi mümkündür.

Qeyd edək ki, Niko Qonsales ötən mövsüm “Atletiko”nun heyətində 37 oyuna çıxıb və 5 qol vurub. Onun “Transfermarkt”a görə bazar dəyəri 22 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью