Qol.az saytına istinadən Icma.az xəbər verir.
"Beşiktaş"a keçə bilər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
“Yuventus”un yarımmüdafiəçisi Fabio Miretti karyerasını “Beşiktaş”da davam etdirməyə yaxındır.
QOL.az xəbər verir ki, “Tuttomercatoweb” nəşrinin məlumatına görə, klublar italiyalı futbolçunun satınalma şərti ilə icarəyə verilməsi barədə razılığa gəlib.
Məlumata əsasən, Mirettinin icarə müqaviləsinə 15 milyon avroluq satınalma bəndi daxil ediləcək. Futbolçunun tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Türkiyəyə yollanacağı gözlənilir.
Qeyd edək ki, Fabio Miretti “Yuventus”un yetirməsidir. O, ötən mövsümün bir hissəsini icarə əsasında “Cenoa”da keçirib.