"Beşiktaş"da ayrılıq Məğlubiyyətin bədəlini o ödədi

25.11.2024

Icma.az, Bakupost saytına istinadən bildirir.

Türkiyənin "Beşiktaş" klubu baş məşqçi Ciovanni van Bronkhorstla yolları ayırmaq qərarına gəlib.

Bakupost.az "Sporx"a istinadən xəbər verir ki, "Beşiktaş"ın dünən "Göztəpə"yə 2:4 hesabı ilə məğlub olması baş məşqçinin klubdan göndərilməsinə səbəb olub.

Türkiyə mediasında yayılan xəbərlərə görə, Bronkhorstu "Beşiktaş"ın sabiq baş məşqçisi Sergen Yalçın əvəzləyəcək.

Qeyd edək ki, aktivində 21 xalı olan "Beşiktaş" altıncı pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью