"Beşiktaş"dan Salah açıqlaması

28.07.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Beşiktaş"dan Salah açıqlaması

"Beşiktaş"ın futbol direktoru Öndər Özən Məhəmməd Salahın transferi ilə bağlı danışıqların dayandırıldığını açıqlayıb.

QOL.az xəbər verir ki, o, bu barədə "beIN SPORTS"  məlumat yayıb.

"Salah dünya ulduzudur. Danışıqların əvvəlində mən və Vinçentso İtalyano onunla üç dəfə görüşdük. Amma iyulun 21-dən etibarən müsbət dinamika zəiflədi", - deyə Özən bildirib.

O, klub rəhbərliyinin transfer üzərində işi müvəqqəti dayandırmaq qərarı verdiyini vurğulayıb: "Prezidentimiz dayanmalı olduğumuz məqamı düzgün müəyyənləşdirdi. Populist deyil, realist qərar verdi və hazırda danışıqlardan geri çəkildik. Məhəmməd Salah məsələsi bizim üçün hələlik təxirə salınıb".

Qeyd edək ki, 33 yaşlı hücumçu bu yay "Liverpul"dan ayrılıb. "Beşiktaş" onunla danışıqlar aparsa da, tərəflər transfer şərtlərində razılığa gələ bilməyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью