Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir. Hazırda bir çox vətəndaş “myGov” platformasına daxil olarkən “cərimələr” bölməsin
Halbuki, ictimaiyyət arasında yayılan bəzi məlumatlarda bu cərimələrin beş ildən sonra avtomatik olaraq silinəcəyi iddia edilirdi.
Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin cərimələr ləğv olunmayıb və sistemdə qalmaqda davam edir.Bəs bu cərimələrin taleyi necə olacaq?
Vətəndaşlar onları ödəməyə məcburdurmu, yoxsa yaxın dövrdə dövlət tərəfindən silinməsi nəzərdə tutulur?Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Sfera.az-a açıqlamasında Azərbaycan dövlət hakimiyyət orqanları, cənab Prezident başda olmaqla, əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün olduqca səmərəli tədbirləri gördüyünü, nəticədə müsbət nəticələr əldə edildiyini bildirib:“Bir tərəfdən xəstəxanalar mövcud tələblərə uyğunlaşdırıldı, yeni səyyar tipli tibb məntəqələri yaradıldı və kütləvi virus yoluxma hallarının azaldılması üçün mühüm işlər görüldü.
Amma eyni zamanda cərimələrin tətbiqi də məcburi addımlar idi.
Bütövlükdə məsələyə baxdıqda, bu cərimələrin büdcə üçün çox kiçik bir əmsal təşkil etdiyinin şahidi oluruq.
Onun ətrafında hakimiyyətə və ya dövlət orqanlarına qarşı siyasi kampaniyalar aparanlar da fərqində idilər ki, özlərinin və ya yaxınlarının həyatına kiçik bir ziyan dəydiyi təqdirdə, onlar polis orqanlarından və müvafiq hüquq-mühafizə qurumlarından ciddi və sərt addımlar atılmasını tələb edirdilər.
Elə bu səbəbdən də açıq demək lazımdır ki, daxili işlər orqanları həmin dövrdə xüsusi bir fədakarlıq göstərirdi və yalnız son mərhələdə cərimə tədbirlərinə əl atılırdı.