"Betmen" vəfat etdi

02.04.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Məşhur amerikalı aktyor Val Kilmer 65 yaşında vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə sənətçinin qızı məlumat yayıb.

Onun sözlərinə görə, atası pnevmoniyadan dünyasını dəyişib. Bildirək ki, 2014-cü ildə aktyora boğaz xərçəngi diaqnozu qoyulsa da, sonradan bu xəstəliyə qalib gələ bilib.

Kilmer müxtəlif rollarla tanınır, o cümlədən "Batman Forever" filmindəki super qəhrəman "Betmen" rolu ilə məşhurlaşıb. O, həmçinin "Heat", "Top Gun", "Mindhunters", "Top Secret" filmlərindəki rolları ilə şöhrət qazanıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью