"Bizi ciddi oynamağa məcbur etdilər"

13.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Bizi ciddi oynamağa məcbur etdilər"

"Real"ın baş məşqçisi Joze Mourinyo mövsüm öncəsi hazırlıq prosesi barədə danışıb.

QOL.az xəbər verir ki, Madrid klubu son yoxlama oyununda "Deportivo"nu 1:0 hesabı ilə məğlub edib. 

"Goal" nəşrinin məlumatına görə, Mourinyo qarşılaşmanın ciddi xarakter daşıdığını bildirib:

"Bu, La Liqaya qayıdan komandaya qarşı ciddi oyun idi. Bu turnirin uzun tarixi var, ona görə də onlar bütün güclərini ortaya qoydular və bizi ciddi oynamağa məcbur etdilər".

Portuqaliyalı mütəxəssis komandanın qarşıdakı mövsümə hazırlığına da toxunub:

"La Liqada belə çoxlu oyun keçirəcəyik və özümüzü həddindən artıq yormadan qalib gəldik. Əsl iş isə gələn həftə başlayır".

O, hazırlıq oyunlarının komandanın inkişafı baxımdan əhəmiyyətini vurğulayıb:

"Oyunların çətinliyi təşkil etdiyimiz şəkildə getdikcə artır. Bu cür turnirlərin necə olduğunu bilirik. Belə oyunlarda rəqabət aparmaq bizim üçün çox yaxşı hazırlıqdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью