"Blue Residence"də evləri su basıb: “6 aydır şikayətimizə baxan yoxdur” VİDEO

16.11.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


"Blue Residence" yaşayış kompleksində bir neçə mənzildə su sızması nəticəsində sakinlərə maddi ziyan dəyib.

"Bakupost" xəbər verir ki, bununla bağlı sakinlər şikayət edib.

Vətəndaşların sözlərinə görə, may ayından etibarən kompleksin rəhbərliyinə quraşdırılan pəncərələrin yağış zamanı su buraxması ilə bağlı dəfələrlə məlumat verilib. Lakin 6 aydır problem həll olunmayıb.

Sakinlər biri bildirib ki, ötən gecə yağan güclü yağış zamanı pəncərələrdən yenidən mənzilə su sızıb. Nəticədə parket və divar kağızları zədələnib.

"Dünən gecə güclü yağış zamanı pəncərələr yenidən su buraxdı. Yağış suları zəhmətlə qazandığımız pulla aldığımız parketin üzərinə axır. Nəticədə parket şişir. Bundan başqa, yuxarı mərtəbədəki qonşunun mənzilindən tavana su sızıb, divar kağızlarımız zədələnib. Amma rəhbərlik hər ay ümumi qrupda yalnız bir məsələ haqda yazır: "Kommunal ödənişləri vaxtında ödəyin!" Bəs bizim hüquqlarımız necə olsun? Biz ödənişlərimizi vaxtında edirik, ancaq siz 6 aydır öz öhdəliklərinizi yerinə yetirmirsiniz. Biz mənzili su içində yaşamaq üçün almamışıq!"

Məsələ ilə bağlı "Bakupost"a "Blue Residence"in komendantı bildirib ki, bəzi mənzillərdə su sızması halları qeydə alınıb və problemin aradan qaldırılması üçün təxminən iki aydır təmir işləri aparılır:

"Bu, bir-iki günün işi deyil, uzun prosesdir. İşlər daha iki ay da davam edə bilər. Bəzən hava şəraiti də buna imkan vermir. Küləkli və yağışlı havalarda işləri fasiləsiz davam etdirmək mümkün olmur. Buna görə də proses istər-istəməz ləngiyir"


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью