"Borussiya" baş məşqçisi ilə yolları ayırdı

13.09.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Borussiya" baş məşqçisi ilə yolları ayırdı

Mönhenqladbax "Borussiya"sı baş məşqçi Ogen Polanskini istefaya göndərib.

QOL.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb .

 Bu qərar Bundesliqanın üçüncü turunda "Frayburq"a məğlubiyyətdən sonra verilib . "Borussiya" hazırda turnir cədvəlində sonuncu yerdədir.

Yan-Moritz Lixte müvəqqəti baş məşqçi kimi çalışacaq.

Polanski komandanı 2025-ci ildən çalışdırırdı. Onun rəhbərliyi altında "Borussiya" ötən mövsümü 12-ci yerdə başa vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью