Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Borussiya" "Arsenal"a qalib gəldi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
İngiltərənin "Arsenal" və Almaniyanın "Borussiya" (Dortmund) klubları arasında yoxlama oyunu keçirilib.
QOL.az xəbər verir ki, qarşılaşma "Borussiya"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 7-ci dəqiqədə "Borussiya"nın hücumçusu Samuele İnasiu açıb. 29-cu dəqiqədə Konstantinos Karetsas hesabı 2:0 edib.
İkinci hissənin 54-cü dəqiqəsində İtan Nvaneri "Arsenal"ın qollarından birini vurub. 58-ci dəqiqədə isə müdafiəçi Joand Qadu Almaniya klubunun üçüncü qoluna imza atıb. Matçın 69-cu dəqiqəsində "topçular"ın hücumçusu Viktor Qyökereş oyunda son qolu vurub.