Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubu yeni baş məşqçisinin adını açıqlayıb.
QOL.az xəbər verir ki, Bundesliqa təmsilçisini Aleksander Blessin çalışdıracaq. 53 yaşlı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb.
“Borussiya” sentyabrın ortalarında Yevgen Polanski ilə yollarını ayırıb. Buna komandanın Bundesliqanın ilk 4 turunda keçirdiyi bütün oyunlarda məğlub olması səbəb olub.
Blessinin məşqçilik karyerasında “Leyptsiq”, İtaliyanın “Cenoa”, Belçikanın “Union” və “Ostende”, həmçinin Almaniyanın “Sankt-Pauli” klublarında çalışıb. Onun rəhbərliyi altında “Sankt-Pauli” ötən mövsümün sonunda Bundesliqadan aşağı liqaya düşüb.
“Borussiya” hazırda Bundesliqanın turnir cədvəlində 4 turdan sonra xalsız 18-ci pillədə qərarlaşıb.
Bizi İnstaqramda izləmək üçün kliklə!