"Borussiya"nın futbolçusu A seriyası klubunda

07.08.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Borussiya"nın futbolçusu A seriyası klubunda

Dortmund "Borussiya"sının müdafiəçisi İan Koutu karyerasını İtaliya A seriyasında davam etdirəcək.

QOL.az xəbər verir ki, "Komo" braziliyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Koutu 2026/27 mövsümündə İtaliya klubunun formasını geyinəcək. Klublar arasındakı anlaşmada 20 milyon avroluq satınalma bəndi yer alıb.

Qeyd edək ki, Braziliya millisinin üzvü ötən mövsüm Dortmund təmsilçisinin heyətində 27 rəsmi matçda meydana çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью