"Bu kubok mənimdir, yoxsa sizin?"

01.08.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu kubok mənimdir, yoxsa sizin?"

Fransa millisinin sabiq müdafiəçisi Benjamen Mendi DÇ-2018-in kubokunun rəsmi kubokunu satmasına görə ünvanına səslənən tənqidlərə cavab verib.

QOL.az xəbər verir ki, dünya çempionu kuboku hərracda 62 min dollara satdıqdan sonra "Snapchat" hesabında paylaşım edib: 

"Bu kubok mənimdir, yoxsa sizin? İstədiyimi edə bilərəm. Üstəlik, şkafda çox yer tuturdu".

Hazırda Polşanın "Poqon" klubunda çıxış edən futbolçu daha sonra zarafatla digər mükafatlarını da sata biləcəyinə eyham vurub: "Yeri gəlmişkən, satmağa başqa şeylərim də var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью