"Çalışırıq, amma alınmır" Mamadu Kane

23.11.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Çalışırıq, amma alınmır" - Mamadu Kane

“Oyuna yaxşı başlamadıq. "Neftçi" güclü komandadır. Qol buraxandan sonra geridönüş etmək çətin olur”.

QOL.az saytına açıqlamasında bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mamadu Kane deyib. 

O, Misli Premyer Liqasının 12-ci turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları görüşü belə şərh edib: 

“İkinci hissədə hesabı bərabərləşdirməyə çalışdıq. Real qol şanslarımızı dəyərləndirə bilmədik. Ümumilikdə maraqlı qarşılaşma oldu. Qarşıda "Sabah" və "Qarabağ"la oyunlarımız var, artıq həmin matçlara hazırlaşacağıq”.

Qvineyalı yarımmüdafiəçi Naxçıvan klubunun turnir cədvəlində sonuncu olmasından da danışıb: “Futbolda belə hallar olur. Biz də yaxşı nəticələr əldə etmək istəyirik, çalışırıq, ancaq alınmır. Bu durumdan çıxmağa çalışacağıq”.

Kane daha əvvəl “Neftçi”də oynamasının motivasiyasına təsir etmədiyini vurğulayıb:“Peşəkar futbolçuyam və hər oyunda motivasiyam var. Bizim dövrümüzdəki ilə indiki “Neftçi”ni müqayisə etmək istəməzdim. Onlar əvvəl də, indi də güclüdürlər”. 

29 yaşlı futbolçu öz çıxışını da dəyərləndirib: “Nəticələr pisdirsə, oyunuma yaxşı deyə bilmərəm. Məşqlərdə, matçlarda çox çalışıram. Uğursuz zolaqdan çıxmalıyıq. İndiki məqamda bizim üçün yaxşı oyun yox, nəticə daha vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью