Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyalı iş adamı, “Çelsi”nin sabiq sahibi Roman Abramoviç vergidən yayınmaqda şübhəli bilinir.
QOL.az xəbər verir ki, bu barədə BBC araşdırma materiallarına istinadən məlumat yayıb.
Araşdırmaya görə, Abramoviçlə əlaqəli şirkətlərin 672 milyon dollarlıq aktivinin maliyyə hesabatlarından çıxarıldığı, vergi öhdəliklərindən yayınmaq üçün isə sənədlərin tarixlərinin dəyişdirildiyi iddia olunur. Bu prosesdə “Deloitte” və “MeritServus” şirkətlərinin də adı çəkilir.
Abramoviçin hüquqşünasları ittihamları rədd edərək onun şirkətlərin idarə edilməsində iştirak etmədiyini və sənədlərin saxtalaşdırılmasına göstəriş vermədiyini bildiriblər. “Deloitte Cyprus” da qanunlara uyğun fəaliyyət göstərdiyini açıqlayıb.
Qeyd edək ki, Abramoviç 2003–2022-ci illərdə “Çelsi”nin sahibi olub. Həmin dövrdə London klubu iki dəfə Çempionlar Liqasının qalibi olub.