Icma.az bildirir, Qol.az portalına istinadən.
Braziliyalı sabiq futbolçu Vaqner Lav 2015-ci ildə “Korintians”da çıxış etdiyi dönəmdə bir neçə ay maaş almadıqlarını açıqlayıb.
QOL.az xəbər verir ki, ESPN nəşrinin məlumatına görə, o, həmin mövsüm komandanın Braziliya çempionu olduğunu xatırladıb:
“2015-ci ildə 8-10 ay maaş almadan oynadıq, amma buna baxmayaraq, Braziliya çempionu olduq. Ancaq bu, heç vaxt bəhanə olmamalıdır. Belə vəziyyətləri özümüzə dayaq və ya bəraət qazandırmaq üçün istifadə etməməliyik. Sadəcə, həmin vaxt məğlub olmağa haqqımız yox idi”.
Qeyd edək ki, “Korintians” 2015-ci ildə Braziliya çempionatının qalibi olub. Həmin mövsüm Vaqner Lav komandanın əsas futbolçularından biri kimi 14 qol vurub. Vaqner Lav 2026-cı ilin martında 41 yaşında futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Apreldə isə məşqçilik fəaliyyətinə başladığını bildirib.