"Coca Cola" Azərbaycanda qadağan olunacaq? | Icma.az
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, qida nəhəngi "Coca-Cola Company"nin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium"un məhsulları Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırılıb.
Bu tədbir 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olan Coca-Cola, Sprite, Fanta, Fuze Tea, Minute Maid, Nalu, Royal Bliss və Tropico brendlərinə şamil edilib.Səbəb olaraq içkilərdə xloratların miqdarının normadan artıq olması göstərilib.
Şirkətdən bildiriblər ki, problem Gentdə istehsal tələblərinə uyğunluq üzrə içkilərin keyfiyyətinin yoxlanılması zamanı aşkar edilib.
Qeyd olunur ki, standartlara uyğun olmayan məhsulların böyük hissəsi artıq dövriyyədən çıxarılıb və ya bazarlara buraxılmayıb, qalan partiyanın geri çağırılması üzərində şirkət göstərilən ölkələrin hakimiyyət orqanları ilə işləyir.Bəs, Azərbaycanda "Coca-Cola" məhsulları ilə bağlı eyni tədbirlər görülə bilərmi?Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, problem əsasən, müəyyən partiya məhsullara aiddir.
Lakin ümumilikdə bu cür məhsulların istehlakçılar üçün zərərlidir:“İstehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatlar, o cümlədən Azad İstehlakçılar İctimai Birliyi bildirir ki, ümumiyyətlə, bu brend adı altında istehsal olunan bütün məhsullar istehlakçılar üçün zərərlidir.
Bu məhsulların tərkibində asılılıq yaradan maddələr, cipslərdə isə həddindən artıq duz mövcuddur və.s İstehlakçı hüquqlarını qoruyan təşkilatlar bütün dünyada insanların bu mallardan mümkün qədər uzaq durmasını tövsiyə edirlər".E.Hüseynovun sözlərinə görə, bu şirkətlər yerləşdikləri ölkələrdə böyük vergi ödəyicisinə çevrildikləri üçün hökumətlər onları ərazilərindən çıxarmağa ya cəsarət etmir, ya da sadəcə, bunu istəmirlər:“Çünki dövlətlərə pul lazımdır.
Bu məsələ istər Avropada, istərsə də Amerikada istehlakçılar üçün təhlükə yaradır.
Tam oxu
Xəbəri oxu