Icma.az, Qol.az saytına istinadən bildirir.
"Əl-Nəsr"dən Ronaldonu istədilər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo və Joao Feliksin noyabrda keçiriləcək Millətlər Liqası oyunlarına hazırlıq prosesinə qoşulması üçün “Əl-Nəsr” klubuna rəsmi müraciət ünvanlayıb.
QOL.az xəbər verir ki, bu barədə “Ariyadhiah” nəşri məlumat yayıb.
Federasiya hər iki futbolçunun milli komandanın düşərgəsinə buraxılmasını istəyib.
Qeyd edək ki, Portuqaliya millisi noyabrın 14-də Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Danimarka, noyabrın 17-də isə 6-cı tur çərçivəsində Uelslə qarşılaşacaq. Komandaya Jorje Jezuş rəhbərlik edir.