"Əli Mirəliyev normal danışa bilmir"

28.04.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Hazırda xəstəxanada müalicə olunan müğənni Əli Mirəliyev "Elgizlə İzlə" verilişində ittiham olunub.

Bakupost.az xəbər verir ki, proqramın aparıcısının "Əli Mirəliyevi mədəniyyətimiz üçün necə dəyərləndirirsən" sualına jurnalist Pərviz Hüseynlinin cavabı sərt olub.

"Vallah, bir dənə mahnısını bilirəm. Ancaq çıxışları ilə yadda qalıb mənim üçün. Jurnalistlərin hər mövzuda onu danışdırmasını düzgün hesab etmirəm. Çünki bu adamın fikirlərində sərhəd yoxdur. Əli müəllim normal danışmır, qarşısındakını təhqir edir", – deyə o qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilən müğənni Əli Mirəliyev hazırda palaya şəraitində müalicəsini davam etdirir.

Lalə,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью