"Erməni təxribatlarında xarici təsir elementləri aydın görünür" Açıqlama

10.01.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


“Bir sıra kənar dövlətlər Ermənistanın silahlandırılmasında yaxından iştirak edir. Bunun müəyyən nəticəsi artıq hərbi təxribatlarda özünü göstərir. Ona görə də, Ermənistan kimi dövləti silahlandırmaq olmaz”.

Bunu Bakupost.az -a siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.

O qeyd edib ki, 30 ilə yaxın bir müddətdə Azərbaycan ərazisini işğal etmiş dövlətin yenidən silahlandırılması bölgədə sülhə və təhlükəsizliyə birbaşa təhdid yaradır:

“Ermənistanın silahlandırılmasında bir sıra kənar dövlətlər yaxından iştirak edir. Baş verən son hərbi təxribatlarda xarici təsir elementləri aydın görünür”.

Sevinc,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью