"Ermənistanla növbəti görüş barədə hələlik razılaşma yoxdur" Ceyhun Bayramov

20.01.2025

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsi ilə bağlı danışıqlar aparır.

Bakupost.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, sülh sazişi ilə bağlı iki maddə üzrə tam razılaşma əldə edilməyib, danışıqlar gedir: “Ermənistanın konstitusiyasında və hüquqi sənədlərində hələ də Azərbaycan torpaqlarına iddialar var. Bunlar həllini tapmalıdır”.

Onun sözlərinə görə, növbəti görüşün yeri və vaxtı barədə hələlik razılaşma yoxdur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью