"Fənərbağça" Kərəmin vəziyyəti ilə bağlı açıqlama yaydı

23.08.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin "Fənərbağça" klubu Superliqanın II turunda "Konyaspor"la oyunda xəsarət alan Kerem Aktürkoğlunun durumunu açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

Məlumata görə, başından xasarət alan 27 yaşlı vinger nəzarət və ehtiyat tədbirləri üçün xəstəxanada müşahidə altında saxlanılıb və planlaşdırılmış müayinələrdən keçib. Oyunçunun tomoqrafiyasında problem aşkarlanmayıb. O, bu gün də nəzarətdə saxlanılacaq və sabah evə buraxılacaq.

Qeyd edək ki, "Fənərbağça" rəqibini 4:2 hesabı ilə məğlub edib. Kerem Aktürkoğlu 54-cü dəqiqədə əvəzlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью