"Fənərbağça" və "Qalatasaray"ın rəqibləri bəlli oldu

27.08.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkatması keçirilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 36 komandanın iştirak etdiyi mərhələdə bütün rəqiblər müəyyənləşib.

Türkiyənin iki təmsilçisi – “Qalatasaray” və “Fənərbağça”nın da rəqibləri müəyyənləşib. “Qalatasaray” “Barselona”, PSJ, “Aston Villa”, “Sportinq”, “Feyenoord”, “Lill”, “Ştutqart” və AEK ilə üz-üzə gələcək.

“Fənərbağça” isə “Atletiko Madrid”, “Liverpul”, “Aston Villa”, “Roma”, “Şaxtyor”, “Vilyarreal”, “Slaviya Praqa” və LASK ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan çempionu “Sabah”ın da rəqibləri bəlli olub. Bakı təmsilçisi “Arsenal”, “Barselona”, Dortmund “Borussiya”sı, “Mançester Yunayted”, “Napoli”, “Vilyarreal”, “Vikinq” və “Slaviya Praqa” ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью