"Fənərbağça"dan Çempionlar Liqasında inamlı qələbə

06.08.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Türkiyə "Fənərbağça" komandası Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Axar.az xəbər verir ki, komanda İstanbulda Avstriya klubu "Şturm"la qarşılaşıb. Matçda "Fənərbağça" 2 cavabsız qolla qələbə qazanıb.

Hesabı 10-cu dəqiqədə Taliska açıb. 45-ci dəqiqədə isə Meyson Qrinvud fərqlənib.

Bu komandalar arasında cavab görüşü avqustun 11-də "Merkur Arena"da baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью