"Gəldiyi gündən bir otağa girib heç kimi görmək istəmir" Fərid Səfərlinin anası …
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, 2023-cü ildə İranda saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli 3 gün əvvəl İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb.
Bakupost.az xəbər verir ki, tələbənin anası Dilarə Əsgərova sosial şəbəkə hesabında oğlunun azadlığa çıxması ilə bağlı sevincini bölüşüb.
O, oğlunun 23 ayda yaşadıqları haqda bunları yazıb: “Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin “məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər.
Biz onun 1 aya azad olunacağı ümidləri ilə yaşayarkən Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona “Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi” deyib.
ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir.
Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm.
Tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.
Tam oxu
Xəbəri oxu