"Günaya dedim ki, nöqtəni qoyaq" Zaur Baxşəliyev televiziyadan gedir?

16.11.2024

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tanınmış aparıcı Zaur Baxşəliyev televiziyadan getmək istəyindən danışıb.

Bakupost.az xəbər verir ki, aparıcı bu barədə "Zaurla Günaydın" verilişində danışarkən deyib.

O, bir neçə dəfə efirdən uzaqlaşmaq qərarına gəldiyini bildirib.

"Televiziya elədir, girdin çıxa bilmirsən. Dəfələrlə demişəm ki, Günay (həyat yoldaşı, aparıcı Günay Baxşəliyeva - red.) nöqtəni qoyaq, gedək. Yorulmuşam. Getsəm, birdəfəlik gedəcəyəm. İllərlə çəkdiyin zəhmət, əziyyət, yuxusuz gecələr, itirdiyin gəncliyin səni qalmağa vadar edir. Sanki övladındır, ata bilmirsən. 22 ildir bu sahədəyəm", - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью