Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər saytlarında Zaqafqaziyanın ən böyük yumurta istehsalçısı olan şirkətinin ləğv olunduğuna dair məlumatlar yayılıb. Bildirilib ki, ləğv olunduğunu elan edən şirkət kreditorlara müraciət edərək, iki ay ərzində tələblərini AZ5423, Sabirabad rayonu, Nizam küçəsi ünvanına təqdim etmələrini istəyib.
Bəs, ən böyük yumurta istehsalçısının ləğvi nə ilə əlaqədardır?
Məsələni dəqiqləşdirmək üçün şirkətlə əlaqə saxladıq. Şirkətdən isə yayılan məlumatları təkzib etdilər.
Belə ki, "Hacıqabul Quşçuluğ"un İnsan Resursları üzrə nümayəndəsi Babək Əhmədov Bakupost.az -a açıqlamasında bildirdi ki, yayılan xəbərlər əsassızdır:
"Şirkət fəaliyyətini davam etdirir".
Lalə Novruz,
BakuPost