Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sağlamlığını itirən daha bir qəhrəmanımız Samir Məmmədovdur.
"Bakupost" xəbər verir ki, müharibədə aldığı xəsarətlər nəticəsində hərəkət məhdudiyyətinin olmasına baxmayaraq S.Məmmədov əzmi və iradəsi ilə aktiv həyata doğru addım atmağı bacarıb
Bakı Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunan qazimiz əlilliyini geridə qoyaraq əmək qabiliyyətini də bərpa edib.
Hazırda restoran meneceri vəzifəsində çalışan S.Məmmədov keçdiyi uğur yolunu belə xatırlayır: " Bura gələnə qədər mənim bir müharibə yolum olub və hətta inanmayacaqsınız, mənim əlilliyim də olub"
Daha ətraflı videoda: