"Həzi Aslanov" "İçərişəhər" xəttində birbaşa hərəkət bərpa olunub?

27.10.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkətin bərpa olunması ilə bağlı məlumat yayılıb.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov görülən işlərin sınaq xarakterli olduğunu və hazırda yoxlamaların getdiyini bildirib.

Xatırladaq ki, "Həzi Aslanov" metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan etibarən "İçərişəhər" və "Dərnəgül" stansiyalarından "Əhmədli" stansiyasına qədər hərəkət , "Həzi Aslanov" - "Əhmədli" sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью