Icma.az, Bakupost portalına istinadən məlumat verir.
“İran Silahlı Qüvvələri üçün inanılmaz silahlar istehsal edilib”.
"Bakupost" xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin İdeoloji-Siyasi İdarəsinin rəhbəri Ziyaəddin Ağacanpur deyib.
“ABŞ-yə məxsus aviadaşıyıcıları və digər gəmilərini məhz bu silahlarla hədəfə almışıq”, - o bildirib.
Ağacanpur ABŞ və onu dəstəkləyən region ölkələrinə müraciətində təhdidlər də səsləndirib: “İran xalqı sizə ağır zərbə vuracaq, sizi sərt şəkildə cəzalandıracaq”.