"İnter"in futbolçusu "Latsio"da

13.08.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İnter"in futbolçusu "Latsio"da

İtaliyanın "Latsio" klubu "İnter"in yarımmüdafiəçisi Davide Frattesini transfer edir.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Roma təmsilçisi futbolçunu bir mövsümlük icarəyə götürəcək. Müqavilədə 14 milyon avroya satınalma bəndi də nəzərdə tutulub. 

Qeyd edək ki, D.Frattesi 2023-cü ilin yayından "İnter"də çıxış edir. O, bu komandanın heyətində keçirdiyi 122 oyunda 15 qol vurub və 12 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью