"İran və ABŞ arasında qapalı formatda danışıqlar aparılır"

13.08.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


“İran və ABŞ arasında qapalı formatda danışıqlar aparılır və bu prosesdə irəliləyiş var”.

"Bakupost" TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi məlumat verib.

Tehran və Vaşinqton arasındakı təmaslarda irəliləyişin olub-olmaması ilə bağlı suala diplomat müsbət cavab verərək məsləhətləşmələrin elə indi də davam etdiyini vurğulayıb.

Səfir danışıqların İslamabadda keçirilib-keçirilmədiyini açıqlamaqdan imtina edib:

“Bu, ictimaiyyətə açıq məlumat deyil, amma biz bunun üzərində işləyirik”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью