"İranın 4 min hərbçisini Suriyadan biz təxliyə etdik" Putin

19.12.2024

Icma.az, Bakupost saytına istinadən bildirir.

"İranın 4 min hərbçisini Suriyadan biz təxliyə etdik" - Putin

4 min iranlı döyüşçü Rusiya qüvvələri tərəfindən Suriya ərazisindən, Xmeymim aviabazasından Tehrana aparılıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin birbaşa yayımlanan illik mətbuat konfransında bildirib.

“Əgər əvvəllər, deyək ki, iranlı dostlarımız onların bölmələrini Suriya ərazisinə köçürmək üçün kömək istəirdisə, indi bizdən onları Xmeymim bazasından Tehrana aparmağı xahiş etdilər”, - Putin deyib.

O qeyd edib ki, İranyönlü adlandırılan birləşmələrin bir hissəsi Livana, bir hissəsi isə İraqa gedib.

Zaur, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью