"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi Direktordan na…
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Səhiyyə Nazirliyinin akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda növbəti qalmaqal baş verib.Bakupost.az -ın əldə etdiyi məlumata görə, İnstitutun direktoru Gülnaz Dadaşovanın elmi işçilər üçün attestasiya keçirmək cəhdi fiasko ilə nəticələnib.
Belə ki, birinci mərhələdə attestasiyaya cəlb edilən elmi dərəcəsi olan (elmlər doktorları və tibb üzrə fəlsəfə doktorları) 20 nəfərə yaxın tibbi işçisi attestasiyanın qanunsuz olduğunu əsas gətirərək, orada iştirak etməkdən imtina ediblər.
Qeyd edək ki, elmi-tədqiqat institutlarında attestasiyalar "Elm haqqında" Qanuna əsasən keçirilir.
Qanunun 13-cü maddəsinə görə, elmi-tədqiqat institutlarının ali idarəetmə orqanı onun Elmi Şurasıdır.
Elmi Şura institutun strukturunu müəyyən edir, səlahiyyətli orqanlar qarşısında vəsatət qaldırır, həmçinin elmi işçilərin attestasiyasını təşkil edir.
Attestasiya Elmi Şuranın qərarı ilə yaradılan Attestasiya Komissiyası tərəfindən həyata keçirilir.
Attestasiya qaydaları isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.Aldığımız məlumata görə, İnstitutun professorları attestasiyanın təşkili zamanı bu qaydalara əməl olunmadığı və ciddi qanun pozuntularına yol verildiyini bildiriblər.
Tam oxu
Xəbəri oxu