"Kayrat" ÇL dən kənarda qaldı

11.08.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Kayrat" ÇL-dən kənarda qaldı

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Kayrat" və "Levski" komandaları üz-üzə gəlib.

QOL.az xəbər verir ki, Qazaxıstanın Türkistan şəhərində keçirilən görüş Bolqarıstan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

11 avqust

III təsnifat mərhələsi, cavab oyunu

"Kayrat" (Qazaxıstan) - "Levski" (Bolqarıstan) - 0:1

Qol: Reynaldo, 13
(İlk oyun - 0:1)

İlk oyunda da 1:0 hesabı ilə qalib gələn "Levski" iki oyunun nəticəsinə əsasən mərhələni adlayıb. Pley-off mərhələsində "Levski" Yunanıstanın AEK klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 18-də, cavab matçı isə avqustun 26-da keçiriləcək.

"Kayrat" isə Avropa Liqasının əsas mərhələsinə vəsiqə uğrunda PAOK - "Anderlext" cütünün qalibi ilə üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью