"Kəpəz" 3 ildən sonra Gəncə stadionuna qayıdır

30.08.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Kəpəz" 3 ildən sonra Gəncə stadionuna qayıdır

"Kəpəz" uzun fasilədən sonra öz meydanına qayıdır.

QOL.az xəbər verir ki, komanda bu gün Misli Premyer Liqasının 3-cü turunda "Turan Tovuz"u yenidən inşa olunan Gəncə şəhər stadionunda qəbul edəcək. Oyun saat 18:00-da başlayacaq.

Klubdan verilən məlumata görə, dünən axşam saatlarına qədər oyuna 9 min bilet satılıb. Bu gün bu rəqəmin artacağı gözlənilir.

Yenidən inşa olunan Gəncə şəhər stadionunu 15 min 464 yerlikdir.

Qeyd edək ki, "Kəpəz" stadionun inşası ilə əlaqdəar 3 ildir ev oyunlarını doğma meydanda keçirə bilmirdi. "Sarı-göylər" Gəncədə son dəfə 2023-cü il okyabrın 1-də "Qəbələ"yə qarşı oynayıb. "Kəpəz" bu müddətdə ev oyunlarını Qəbələ, Tovuz və Yevlaxda keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью