Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Kəpəz" - "Qarabağ" oyununda topa rəmzi toxunuş
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Misli Premyer Liqasının 12-ci turunda keçirilən “Kəpəz” - “Qarabağ” oyunu böyük azarkeş marağı ilə başlayıb.
QOL.az xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutan qarşılaşmadan əvvəl topa ilk rəmzi toxunuşu “Kəpəz”in sabiq futbolçusu Mehman Allahverdiyev edib.
Qeyd edək ki, Allahverdiyev Gəncə təmsilçisi ilə 3 dəfə Azərbaycan çempionu, 4 dəfə isə ölkə kubokunun qalibi olub.