"Kəpəz" "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq

08.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq

Sentyabrın 12-də Misli Premyer Liqasının 5-ci turunda  "Kəpəz" və "Qəbələ" komandaları arasında keçiriləcək oyununun start fitindən əvvəl Gəncə Şəhər Stadionunda 1 dəqiqəlik sükut elan olunacaq. 

QOL.az xəbər verir ki, bu barədə "Kəpəz"in mətbuat xidməti məlumat yayıb.

Bu addım Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədardır. Bununla bağlı "Kəpəz"in PFL-ə müraciətinə müsbət cavab verilib.

Bir dəqiqəlik sükut zamanı, həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью