"Krokus Siti" terrorçusunun qulağını niyə kəsiblər? İlginc səbəb

23.04.2025

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


2024-cü ilin martında Krokus Siti Hall-a hücumu həyata keçirən terrorçuların həbsində iştirak edən xüsusis təyinatlılar dini səbəblərdən onlardan birinin qulağını kəsiblər.

Bakupost.az xəbər verir ki, bu barədə "Çarqrad"ın jurnalist Oleq Belikov bildirib

Jurnalistin sözlərinə görə, komandanlıq kimin şübhəli şəxsin qulağını kəsdiyini soruşduqda, onların hamısı "Mən etdim" deyə cavab veriblər.

"Bəziləri inanır ki, Uca Tanrı ölən müsəlmanların ruhunu qulaqlarından çıxararaq cənnətə aparır. Görünür, döyüşçülərdən kimsə terrorçunu belə bir şərəfdən məhrum etmək qərarına gəlib", - Belikov bildirib.

Zaur,BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью