"Liverpul" rekord transfer üzərində işləyir

14.09.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Liverpul" rekord transfer üzərində işləyir

“Liverpul” Braziliya millisininn və “Bornmut”un vingeri Rayanın transferi üzərində işləyir.

QOL.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb. Mersisayd klubunun baş məşqçisi Andoni İraolanın da futbolçunu komandasında görmək istədiyi bildirilir. İspaniyalı mütəxəssis daha əvvəl “Bornmut”da Rayana rəhbərlik edib.

Rayana “Bornmut”la müqaviləsi 2031-ci ilin yayına qədərdir. Anlaşmada 130 milyon funt-sterlinq (150 milyon avrodan çox) təzminat məbləği yer alır. Lakin bu bənd yalnız 2027-ci ildən qüvvəyə minəcək.

Bildirilib ki, "Liverpul" bu rekord tansfer məbləğini ödəməyə razıdır. Klub onu Məhəmməd Salahın mümkün əvəzləyicilərindən biri kimi nəzərdən keçirir. Keçid baş tutarsa, Rayan klub tarixinin ən bahalı transferi olacaq.

Braziliyalı futbolçu 2026/27 mövsümündə Premyer Liqada 4 oyunda meydana çıxıb, lakin hələ məhsuldar fəaliyyətlə yadda qalmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью