"Maaşımın nə qədər olduğunu belə bilmirəm"

20.10.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Türkiyə millisinin baş məşqçisi təyin edilən Sergen Yalçın maaşının məbləğini bilmədiyini deyib.

"Bakupost" xəbər verir ki, bu barədə "Kafa Sports" məlumat yayıb.

Sergen Yalçın baş məşqçilik təklifini necə aldığından danışarkən bildirib:

"Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu ilə onsuz da dostluğumuz var. Zəng etdi, danışdıq və mən də təklifə müsbət yanaşdım. İnanın, hətta maaşımı belə müzakirə etməmişəm. Söhbət milli komandadan gedəndə bu məsələlər o qədər də vacib deyil. Dördillik müqavilə imzaladıq. Milli komanda məsələsində hər şey arxa planda qalır".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью