Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Mançester Siti" növbəti mərhələdə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
“Mançester Siti” İngiltərə Liqa Kubokunun 3-cü mərhələsində “Norviç”lə qarşılaşıb.
QOL.az xəbər verir ki, “Etihad” stadionunda keçirilən qarşılaşma Mançester təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
“Mançester Siti” ilk hissədə iki dəfə fərqlənib. Floyd Samba 29-cu dəqiqədə hesabı açıb, Rayan Şerki isə 32-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
İkinci hissənin əvvəlində Allan 48-ci dəqiqədə fərqi üç topa çatdırıb. Samba 54-cü dəqiqədə özünün ikinci, komandasının dördüncü qolunu vuraraq hesabı 4:0 edib.
Matçın əsas vaxtının son dəqiqəsində Rayan Makeydu fərqlənərək görüşdə son nöqtəni qoyub – 5:0.
Beləliklə, “Mançester Siti” Liqa Kubokunda növbəti mərhələyə yüksəlib.