"Mançester Ynayted"dən Kerrik qərarı

22.10.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Mançester Ynayted"dən Kerrik qərarı

Almaniya millisinin sabiq baş məşqçisi Yulian Naqelsmann “Mançester Yunayted”i çalışdıra bilər.

QOL.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.

39 yaşlı mütəxəssis Mançester təmsilçisinin rəhbərliyi tərəfindən Maykl Kerrikin mümkün əvəzləyicisi kimi nəzərdən keçirilir. Bununla belə, Kerrikin İngiltərə Premyer Liqasının bazar günü “Bornmut”a qarşı keçiriləcək oyunadək vəzifəsindən uzaqlaşdırılmayacağı gözlənilir.

Qeyd olunur ki, “Mançester Yunayted” ötən mövsümün sonunda da Naqelsmannın təyinatı ehtimalını nəzərdən keçirib. Lakin klub rəhbərliyi sonda Kerriki baş məşqçi vəzifəsində daimi əsaslarla saxlamaq qərarına gəlib.

Mançester təmsilçisinin maraq göstərdiyi digər namizəd isə Fabian Hürzelerdir. Ancaq almaniyalı mütəxəssis bu yaxınlarda “Brayton”la müqaviləsini uzadıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью