"Media hadisələrə savadlı, analitik təhlil əsasında yanaşmalıdır" Hikmət Babaoğl…
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Media savadlılığı müasir dövrdə informasiya mühitində düzgün yönəlmə qabiliyyətini artıran vacib bacarıqlardan biridir.
Bu, insanların məlumatı tənqidi şəkildə qiymətləndirmək, fərqli mənbələri müqayisə etmək və yalan xəbərləri həqiqətdən ayırmaq bacarığını əhatə edir.
Media savadlılığı həmçinin rəqəmsal texnologiyaların imkanlarından düzgün istifadə etməyi və etik davranış prinsiplərinə əməl etməyi öyrədir.
Xüsusilə sosial şəbəkələrin sürətlə yayıldığı bir zamanda bu bacarıq manipulyasiyadan və dezinformasiyadan qorunmaq üçün vacibdir.
Media savadlılığı cəmiyyətin informasiya təhlükəsizliyini təmin etməkdə də mühüm rol oynayır.Mövzuyla bağlı Bakupost.az -a danışan deputat Hikmət Babaoğlu bildirib ki, media savadlılığı çox geniş bir məfhumdur:“Çünki bütövlükdə medianın funksiyalarını əhatə edən bir ifadədir.
Media savadlılığı media mənsublarının dünyagörüşündən tutmuş media institutlarının təkmil, məqsədyönlü və intellektual göstəricilərini qaldırmaq üçün vacib bir institutlaşmadır.
Biz həmişə mediadan danışanda onun maarifləndirmə funksiyasından söz açırıq.
Tam oxu
Xəbəri oxu