"Memar Əcəmi"də sürücülərin gününü qara edən yoldan ANBAAN VİDEO

26.11.2026

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Memar Əcəmi metrosunun yaxınlığında yerləşən piyada keçidi sürücülər üçün ciddi problemə çevrilib.

Bununla bağlı "Bakupost"un qaynar xəttinə görüntülər daxil olub.

Vətəndaşın sözlərinə görə, keçiddən istifadə edən piyadaların sayının çoxluğu səbəbindən avtomobillərin hərəkəti, demək olar ki, dayanır. Sürücülər bir neçə dəqiqə gözləməli olsalar da, piyada axını səngimir.

Şikayətçi bildirib ki, bəzi hallarda avtomobillər yolun ortasında qalır:

“Baxın, o maşınlar iki nəfərə yol verdi. Amma yenə də adam keçir. Bir nəfər keçidə daxil olur, ardınca başqası gəlir. Buradan hansısa maşının keçməsi mümkün deyil. Saniyələr ərzində yüzlərlə adam keçir. İndi biri keçəcək, yenə başqası çıxacaq. Həqiqətən, bu yolda sürücülərə yazığım gəlir".

O əlavə edib ki, xüsusilə məktəblərdə dərslərin başa çatdığı saatlarda ərazidə həm piyada, həm də avtomobil sıxlığının daha da artır. Buna görə də problemin aradan qaldırılması üçün aidiyyəti qurumların müvafiq tədbirlər görməsi vacibdir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью