"Məni ən çox nankorluq narahat edir"

20.08.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Məni ən çox nankorluq narahat edir"

“Əl-Hilal”ın braziliyalı futbolçusu Malkom de Oliveyranın BƏƏ-nin “Əl-Cəzirə” klubuna keçidi gündəmə gəlib.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, 29 yaşlı vingerin “Əl-Hilal”dan ayrılaraq “Əl-Cəzirə”yə keçməyə yaxın olduğu bildirilir.

Bu fonda Malkomun sosial şəbəkələrdə yayılan videosu da diqqət çəkib. Braziliyalı futbolçu onu narahat edən məsələlərdən danışarkən “Məni ən çox narahat edən şey nankorluqdur” deyib.

Qeyd edək ki, futbolçunun bu sözləri “Əl-Hilal”dan ayrılması ilə bağlı danışıqlarla əlaqələndirilib və azarkeşlər arasında müzakirələrə səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью